Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəngilan rayonunun işğaldan azad olunması uğrunda əməliyyatlar Silahlı Qüvvələrimizin daha bir qəhrəmanlıq nümunəsidir

0

  •       Zəngilana qayıdış Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, rəşadətli Azərbaycan ordusunun möhtəşəm cəsarəti, xalqın birliyidir.Azərbaycan Respublikasının Zəngilan rayonu coğrafi mövqeyinə görə Qərb və Şimal qərbdən Ermənistan, Cənub və cənub qərbdən İran İslam Respublikası ilə həmsərhəddir. Məlum məsələdir ki, Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi ilə əlaqədar olaraq o dövrdə Azərbaycan və Ermənistan arasında daxili ziddiyyətlər kəskinləşdi. Həmin dövrdə müstəqilliyini yenicə əldə etmiş Azərbaycanda müxtəlif partiyaları təmsil edən qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə başlandı. Ölkədə xais, pərakəndəlik hökm sürür, daxili sabitlik pozulur, siyasi hərcmərclik baş alıb gedirdi. Daxilən tarixin bütün mərhələlərində, Bizans imperiyasının mövcudluğu dövründən müasir tariximizə qədər olan dövrdə Azərbaycana, onun torpaqlarına, flora-faunasına düşmən kəsilən Ermənistan dövləti və onun hərbi birləşmələri mövcud vəziyyətdən istifadə edərək himayədarlarının, yəni böyük dövlətlərin hərbi və siyasi dəstəyi sayəsində Dağlıq Qarabağı və onun ətrafında yerləşən digər rayonlarımızı işğal etdilər. Erməni hərbi birləşmələri və havadarları tərəfindən 1993-cü il oktyabr ayının 29-da sonuncu olaraq Zəngilan rayonu işğala məruz qaldı. Digər rayonlarımızın sakinləri kimi Zəngilanlılar da məcburi köçkün kimi Respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşdılar. Beləcə torpaqlarımız 30 ilə yaxın bir dövr ərzində mənfur və təcavüzkar xisləti ilə tanınan düşmənlərimizin taptağı altında qaldı. Tariximizin bu dövrü ərəfəsində Ulu Öndərimiz Heydər Əliyevin xalqımıza miras qoyduğu müstəqil Azərbaycan dövləti onun yolunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət sayəsində davamlı olaraq inkişaf elədi. Ölkəmizin iqtisadi cəhətdən tərəqqisi sayəsində bütün istiqamətlər üzrə inkişafa nail olundu, hərbimiz yüksək səviyyədə formalaşdı, müasir tipli silah və sursatla təmin olundu. Beləcə 2020-ci il sentyabr ayının 27 də erməni hərbi birləşmələrinin müdaxiləsinə cavab olaraq işğala məruz qalmış torpaqlarımızın azad olunması istiqamətində ikinci Qarabağ müharibəsi başladı. Ali Baş Komandanımız İlham Əliyev Cənablarının rəhbərliyi altında igid, cəsur, qorxmaz və vətənpərvər oğullarımızın qəhrəmanlığı sayəsində 44 günlük müharibə qələbəmizlə başa çatdı. Beləliklə, sonuncu işğala məruz qalmış Zəngilan rayonu da azadlığa qovuşdu. Bundan sonra regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq digər rayonlarda olduğu kimi, Zəngilan rayonunda da quruculuq işləri vüsat aldı, ilkin olaraq Ağalı qəsəbəsi salındı və 2022-ci ilin yay aylarında əhalinin həmin Qəsəbəyə köçürülməsi həyata keçirildi. Zəngilanda həyata keçiriləcək quruculuq və abadlıq işlərinin davamı olaraq xüsusi əhəmiyyət kəsb edən Zəngilan aeroportunun tikintisinə başlanıldı. Bu aeroportun tikintisi Beynəlxalq aləmdə böyük məna kəsb edir. Bu nöqteyi nəzərdən 2022-ci il oktyabr ayının 20-də aeroportun açılışı oldu. Açılışda qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları və hər iki qardaş dövlətin hökumət nümayəndələri iştirak etdilər. Tanrı Dövlətimizə, Prezidentimizə bütövlükdə xalqımıza daim yar olsun. Yeni açılışı qeyd olunan beynəlxalq səviyyəli aeroportumuz xeyirli, uğurlu olsun!Təranə Əliyeva,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib61 dəfə
    Zəngilan rayonunun işğaldan azad olunması uğrunda əməliyyatlar Silahlı Qüvvələrimizin daha bir qəhrəmanlıq nümunəsidir

    Maraqlı gələ bilər
    103
    43
    42